...

"Bizim Azərbaycan" blokunun Məclisi və komissiyaları formalaşdırılıb

Siyasət Materials 25 Dekabr 2006 14:50 (UTC +04:00)

"Bizim Azərbaycan" blokunun Məclisi və rəhərliyi, həmçinin bir neçə komissiyası formalaşdırılıb. Bu barədə Trend ə "Bizim Azərbaycan" blokundan məlumat verilib.

Blokun toplantısında 2007-ci ilə dair fəaliyyət proqramı qəbul edilib. Azad Azərbaycan Partiyasının sədri Həsən Həsənov "Bizim Azərbaycan" bloku Məclisinin sədri seçilib. Məclisin sədr müavini, katibi, həmçinin blokun humanitar məsələlər, insan haqları, ekologiya, din, beynəlxalq əlaqələr və digər komissiyalarına rəhbərlər təyin olunub.

Qeyd edək ki, 2003-cü il prezident seçkilərində iştirak məqsədilə müxalifət partiyalarından ibarət "Bizim Azərbaycan" bloku yaradılıb və blok Müsavat Partiyasının başqanı İsa Qəmbərin namizədliyini dəstəkləyib. Sonradan Müsavat və başqa partiyalar bloku tərk edib.

Xəbər lenti

Xəbər lenti