...

Milli Bankın bas direktoru Rüfət Aslanov: "Milli Bankın İdarə Heyətində dəyişiklik edilməsi nəzərdə tutulmayıb"

Siyasət Materials 25 Dekabr 2006 18:24 (UTC +04:00)
Milli Bankın bas direktoru Rüfət Aslanov: "Milli Bankın İdarə Heyətində dəyişiklik edilməsi nəzərdə tutulmayıb"

Dekabrın 26-da Milli Məclisdə Milli Bankın İdarə Heyəti üzvlərinin təsdiq edilməsi məsələsi müzakirə olunacaq. Trend in məlumatına görə, Milli Bankın baş direktoru Rüfət Aslanov jurnalistlərə verdiyi açıqlamada bildirib ki, İdarə Heyəti üzvlüyünə yeni namizədlər irəli sürülməyib.

"Milli Bankın İdarə Heyətinin tərkibində hər hansı bir dəyişiklik edilməsi nəzərdə tutulmayıb. Namizədlər İdarə Heyətinin indiki üzvləri Alim Quliyev, Vadim Xubanov, Aftandil Babayev və mənəm. İndiki üzvlərin növbəti müddətə bu vəzifəyə təyin olunması üçün prezident İlham Əliyev Milli Məclisə təqdimat göndərib" - deyə Rüfət Aslanov bildirib.

Xəbər lenti

Xəbər lenti