...

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri bildirib ki, "imkanlar pəncərəsi" hələ bağlanmayıb

Siyasət Materials 26 Dekabr 2006 11:29 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri bildirib ki, "imkanlar pəncərəsi" hələ bağlanmayıb

ABŞ dövlət katibinin köməkçisinin müavini, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza eksklüziv olaraq "Mediamaks" agentliyinə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün "imkanlar pəncərəsi" hələ bağlanmayıb.

2006-cı ildə aparılmış danışıqlar prosesinin nəticələrini şərh edərək M.Brayza deyib: "2006-cı il ərzində prezidentlər Köçəryan və Əliyev üç dəfə görüşüblər: Rumbuyedə fevralda, Buxarestdə iyunda və bir neçə həftə öncə Minskdə. Çoxları ümid edirdi ki, iki görüşdən sonra prezidentlər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prinsipləri ilə bağlı razılığa gələcəklər. Təəssüf ki, prezidentlər bu razılığa hələ hazır deyildilər.

Sizə məlumdur həmsədrlər necə hərəkət etdilər: iyulun 3-də biz birgə bəyanat verdik və bu bəyanatda baza prinsiplərinin mahiyyətini açıqladıq. Bu baza prinsiplərinin mahiyyətinin elan edilməsi vasitəçilər tərəfindən mühüm addım oldu, belə ki, biz Ermənistan və Azərbaycan liderlərini öz ətrafını münaqişənin tənzimlənməsində mürəkkəb, lakin çox vacib kütləvi dialoqa salmağa çağırmaq istəyirdik. Ümid edirəm ki, bu kütləvi dialoq hər iki tərəfdə məhsuldar şəkildə davam etdirilir.

Tərəflərin danışıqlar prosesində yayda götürdüyü fasilədən sonra son aylar ərzində Ermənistan və Azərbaycan xarici işlər nazirləri həmin baza prinsiplərinə əsaslanan danışıqların davam etdirməsinə fəal şəkildə cəlb ediliblər. Minskdə Ermənistan və Azərbaycan prezidentləri 2007-ci ildə danışıqların davam etdirilməsi məqsədilə öz xarici işlər nazirlərinin qarşısında "yaşıl işıq yandırdılar". Bu çox vacibdir, bu o deməkdir ki, 2006-cı ildə haqqında danışdığımız "imkanlar pəncərəsi" hələ bağlanmayıb. Ermənistanda 2007-ci il parlament seçkilərinə hazırlıq getməsinə baxmayaraq, həmsədrlər hər iki tərəflə işləməkdə davam edir. Biz birgə sakit şəraitdə işləyəcəyik, lakin tərəflərin hələ razılaşmalı olduğu baza prinsiplərinə dair irəliləyişə nail olmaq istiqamətində işi davam etdirmək niyyətindəyik.

Tərəflər qarşılıqlı əlverişli baza prisiplərinin seçilməsi ilə bağlı razılaşma əldə etmək üçün fəallıq və yaradıcı münasibət nümayiş etdirirlər. Hazırda danışıqların hansı mərhəldə olması barədə daha ətraflı danışmaq ixtiryarım yoxdur. Baza prinsiplərinin mahiyyətini biz hələ iyul ayında açıqlamışdıq və bu prinsiplər tərəflər arasında müzakirələr üçün əsas olaraq stol üstündə qalır".

Xəbər lenti

Xəbər lenti