...

Ukraynanın baş naziri Azərbaycana bir günlük işgüzar səfərə yola düşüb

Siyasət Materials 26 Dekabr 2006 12:45 (UTC +04:00)

Ukraynanın baş naziri Viktor Yanukoviç Azərbaycana bir günlük işgüzar səfərə yola düşüb.

Trend in Kiyevdəki müxbiri xəbər verir ki, naziri səfərdə Ukraynanın yanacaq və energetika naziri Yuri Boyko, iqtisadiyyat naziri Vladimir Makuxa, nəqliyyat və rabitə naziri Nikolay Rudkovski müşayiət edir.

Bakıda baş nazir Azərbaycanın eks-prezidenti Heydər Əliyevin memorialını və Şəhidlər Xiyabanını ziyarət edərək məzarlar önünə əklil qoyacaq.

Ukryana baş nazirinin səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə və ölkənin baş naziri Artur Rəsizadə ilə görüşü gözlənilir. Danışıqların predmetini Ukrayna vasitəsilə Azərbaycan neftinin tranziti məsələsi təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti