...

Spiker Oqtay Əsədov: Milli Məclis amnistiya vermək məsələsini araşdırır

Siyasət Materials 26 Dekabr 2006 13:51 (UTC +04:00)
Spiker Oqtay Əsədov: Milli Məclis amnistiya vermək məsələsini araşdırır

Milli Məclisin dekabrın 26-da keçirilən iclasında Vətəndaş Həmrəyliy Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı Milli Məclisin amnistiya verməsi haqqında məsələ qaldırıb. Trend in məlumatına görə, S.Rüstəmxanlı qeyd edib ki, Milli Məclisin belə bir səlahiyyəti var: "Hazırda xırda cinayətlərə görə cəza çəkən xeyli sayda insan var. Onların cinayətləri o gədər də ağır deyil ki, uzun müddət həbsxanalarda saxlanılsınlar. Ona görə də Milli Məclis amnistiya haqqında qərar qəbul etmək hüququndan istifadə etsə, yaxşı olar".

S. Rüstəmxanlının qaldırdığı məsələyə cavab olaraq Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, hazırda məsələ araşdırılır. "Bununla bağlı Milli Məclisə müraciətlər daxil olub, hazırda araşdırma aparılır və məlumat veriləcək", - deyə O.Əsədov bildirib.

Xəbər lenti

Xəbər lenti