...

Gürcüstanın baş naziri: Həftənin sonunda Azərbaycan "Şahdəniz" yatağında qaz hasilatını bərpa edəcək

Siyasət Materials 27 Dekabr 2006 14:27 (UTC +04:00)
Gürcüstanın baş naziri: Həftənin sonunda Azərbaycan "Şahdəniz" yatağında qaz hasilatını bərpa edəcək

"Şahdəniz" yatağında Azərbaycan qazı artıq bu həftənin sonu əldə ediləcək. Trend in Tbilisidəki müxbiri xəbər verir ki, bu barədə bu gün hökumətin iclasında baş nazir Zurab Noqaideli bildirib

Baş nazir qeyd edib ki, Gürcüstan Azərbaycan və Türkiyə ilə çox uğurlu danışıqlar aparıb və "Şahdəniz" yatağından gün ərzində 1 milyon kubmetr qaz alacaq.

"Bu yaxın zamanlarda, "Şahdəniz"də quyu tam gücü ilə işə başlayanda baş verəcək" - deyərək baş nazir əlavə edib ki, bu, həftənin sonları üçün gözlənilir.

Baş nazir məlumat verib ki, gələn il Gürcüstan Energetika Nazirliyinə dövlət büdcəsindən əlavə olaraq 120 mln. lari ayrılıb.

Onun sözlərinə görə, bu vəsait təbii qaz alınması üçün müəyyən şirkətlərin subsidləşməsinə sərf ediləcək.

Bu qərarı şərh edərkən maliyyə naziri Aleksii Aleksişvili bildirib ki, bu, təbii qazın tariflərinin artmasının nəticələrini yüngülləşdirməyə görə ayrılıb. Gürcüstan Rusiyadan 1 min kubmetri 235 dollardan 1 milyard kubmetr qaz almağa məcbur olub ki, bu da əhali və müəssisələr üçün qazın qiymətinin artmasına səbəb olacaq. Yanvarın 1-dən etibarən tarif artımına gəlincə, Aleksişvili bildirib ki, bu artım birdən-birə olmayacaq. O qeyd edib: "Hər bir halda tarif balanslaşdırılacaq və Rusyia qazına olan yüksək qiymət Azərbaycandan olan daha ucuz qazın hesabına aşağı salınacaq".

Xəbər lenti

Xəbər lenti