...

Azərbaycan prezidenti köhnə pul nominasiyalarının dəyişdirilməsində əhalinin rahatlığını təmin etmək üçün fərman imzalayıb

Siyasət Materials 27 Dekabr 2006 20:29 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) həqqında" Azərbaycan prezidentinin 2005-ci il 7 fevral tarixli, 189 nömrəli fərmanına əlavə edilməsi haqqında" fərman imzalayıb. Trend AzTV-yə istinadən xəbər verir ki, prezident bu fərmanı köhnə nişanlı pul nominasiyalarının dəyişdirilməsində əhalinin rahatlığını təmin etmək üçün imzalayıb.

Fərmana əsasən, prezidentin 2005-ci il 7 fevral tarixli fərmanının ikinci bəndində "Azərbaycan Respublikasının Milli Bankı və onun qurumları" sözlərindən sonra "habelə Azərbaycan respublikasında fəaliyyət göstərən bütün banklar, filiallar, şöbələr" sözlərinin əlavə edilməsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti