...

"Erməni faşizmi" filmi Samir Əsgərxanov adına müsabiqədə birinci yeri tutub

Siyasət Materials 28 Dekabr 2006 15:21 (UTC +04:00)
"Erməni faşizmi" filmi Samir Əsgərxanov adına müsabiqədə birinci yeri tutub

"Erməni faşizmi" filmi Samir Əsgərxanov adına müsabiqədə birinci yeri tutub. Bu barədə Trend ə Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyində nazirin və münsiflər heyəti üzvlərinin iştirak etdiyi təltif mərasimində məlum olub.

Filmin müəllifi, Trend İA-nin Rusiyadakı xüsusi müxbiri, "Qarabağ" beynəlxalq fondunun prezidenti Roman Ağayevin Trend ə verdiyi məlumata görə, "erməni faşizmi" filmi rus dilində çəkildiyi üçün və Rusiyada nümayiş olunmasından yana çox böyük əhəmiyyət daşıyır. Film iki hissədən ibarətdir. Filmin birinci hissəsində azərbaycanlılara qarşı Xocalı soyqırımı, "Erməni sindromu" adlanan ikinci hissəsində isə erməni-azərbaycanlı münaqişəsinin sənədli xronologiyası, erməni xüsusi xidmətinin Azərbaycan əleyhinə terror aktları, həmçinin əsirlərin dillərindən erməni əsirliyinə düşən azərbaycanlıların məruz qaldığı vəhşiliklər təsvir olunur.

Milli təhlükəsizlik nazirinin müavini vəzifəsinin icraçısı Əli Şərifovun təltif mərasimində qeyd etdiyi kimi, Azərbaycan həqiqətlərinin bütün dünyada təbliği çox vacibdir və Azərbaycanın ədalətli mövqeyi əsasında qiymətli əsərlərin yaranması zamanın tələbidir.

Münsiflər heyətinin sədr müavini Məmməd Cəfərlinin sözlərinə görə, S.Əsgərxanov adına müsabiqə artıq üç ildir ki, keçirilir və məhz bu il müsabiqəyə çoxlu maraqlı kitablar, monoqrafiyalar, elmi-tədqiqat məqalələri və işləri, heykəltəraşlıq nümunələri, şəkillər, sənədli filmlər və s. təqdim olunub. "Bütün bunlar erməni yalanına qarşı ideoloji mübarizədə mühüm əhəmiyyət kəsb edir", - deyə M.Cəfərli qeyd edib.

Xatırladaq ki, "Kino və sənədlilik" nominasiyasında üçüncü yeri AzTV-nin "Soyqırım" verilişi, ikinci yeri isə Lider TV şirkətinin "Dəhşətli missiyalı emissar" filmi tutub.

Xəbər lenti

Xəbər lenti