...

Səfir – Bakıda Azərbaycan-Latviya hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək

Siyasət Materials 28 Dekabr 2006 16:15 (UTC +04:00)

2007-ci lin yanvar-fevral aylarında Bakıda Azərbaycan-Latviya hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın Latviyadakı səfiri Tofiq Zülfüqarov bildirib.

O qeyd edib ki, Azərbaycan tərəfi komissiyanın görüşünün keçirilməsi ilə bağlı təkliflərini təqdim edib və rəsmi Riqadan cavab gözləyir. Görüş proqramına toxunaraq səfir qeyd edib ki, Latviya prezidenti Vayr Vike Freyberqin Azərbaycana, həmçinin prezident İlham Əliyevin Latviyaya səfəri çərçivəsində biznes-forumlar keçirilib və müxtəlif məsələlər qaldırılıb. Səfir bildirib: "Bu məsələlər iki ölkə arasında iqtisadi münasibətlərin möhkəmləndirilməsinə, eləcə də Azərbaycan və Latviyanın tranzit imkanlarının istifadə edilməsinə yönəlib və həmin məsələlər komissiyanın gündəliyinə də salınıb".

Xatırladaq ki, 2006-cı il oktyabrın əvvəlində Azərbaycan prezidenti İlham Əliyevin Latviyaya səfrəi çərçivəsində iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Latviya hökumətlərarası komissiyanın ilk iclası keçirilib. Azərbaycan tərəfindən komissiyaya iqtisadi inkişaf naziri Heydər Babayev, Latviya tərəfindən isə iqtisadiyyat naziri Ayqars Ştokenberqs başçılıq edib.

Xəbər lenti

Xəbər lenti