...

Uşaqların istifadə etdiyi partlayıcıların satışını əngəlləmək üçün Bakı Şəhər İcra Hakimiyyəti reydlər aparır

Siyasət Materials 29 Dekabr 2006 16:28 (UTC +04:00)

Yeni il bayramı ilə əlaqədar şəhərdə partlayıcıların (petarda) satışının qarşısını almaq üçün Bakı Şəhər İcra Hakimiyyətinin nəzarət qrupu fəaliyyətini davam etirir. Bu barədə Trend ə Bakı Şəhər Təsərrüfat və Xidmət İdarəsinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov məlumat verib.

O bildirib ki, daha çox uşaqların bayramlarda istifadə etdikləri partlayıcıların paytaxtda satışının qarşısının alınması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı var. Lakin buna baxmayaraq, hələ də şəhərin müxtəlif yerlərində, o cümlədən ticarət mərkəzlərində belə məhsulların satışı təşkil olunur. Ə.Bağırovun sözlərinə görə, bu məhsulları satanlar dəfələrlə cərimə olunub, onlara inzibati qaydada məsuliyyətə cəlb olunacaqları barədə xəbərdarlıq edilib. Şəhərin müxtəlif yerlərində, o cümlədən dəmiryol vağzalı ətrafında Bakı Şəhər İcra Hakimiyyətinin nəzarət qrupları fəaliyyət göstərir, qanunsuz ticarətlə bağlı reydlər aparır.

"Məhz şəhərin bu hissəsinə əhalinin axını çox olduğundan burada qadağan edilmiş məhsulların satışı təşkil olunur. Səbail rayon icra hakimiyyəti, Bakı Şəhər Ticarət və Xidmət Departementinin qərb və mərkəz idarələri belə halların qarşısının alınması ilə məşğul olurlar"-deyə Xidmət rəsmisi qeyd edib. Onun sözlərinə görə, şəhərdə partlayıcıların yaratdığı narahatlıqdan əhali Departamentə şikayətlər edir. Ə.Bağırv əlavə edib ki, belə məhsulların xaricdən ölkəmizə gətirilməsinin qarşısı aidiyyatlı dövlət qurumları, o cümlədən gömrük xidməti tərəfindən alınmalıdır.

Xəbər lenti

Xəbər lenti