...

Azərbaycan prezidenti xalqı Qurban bayramı münasibətilə təbrik edib

Siyasət Materials 29 Dekabr 2006 17:43 (UTC +04:00)
Azərbaycan prezidenti xalqı Qurban bayramı münasibətilə təbrik edib

Trend xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev dekabrın 31-də keçiriləcək Qurban bayramı münasibətilə xalqa təbrik ünvanlayıb.

Təbrikdə dövlət başçısı qeyd edib ki, bu bayram Azərbaycanda ənənəvi şəkildə çox geniş qeyd edilir. Prezident həyatlarını ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərin şanlı xatirsəini yad edərək onların ailələrinə səbir arzulayıb. İ.Əliyev deyib: "Süveren Azərbaycan Respublikası artıq hərtərəfli inkişaf mərhələsinə qədəm qoyub. Əsas məqsəd xalqın milli-mədəni dirçəlişi, dövlətin ardıcıl siyasi-iqtisadi tərəqqisidir".

Təbrikdə dövlət başçısı bildirib: "Qurban bayramı xeyir, mərhəmət və şəfqət bayramıdır. Bu bayram günündə mən hər birinizi, dünyanın müxtəlif guşələrində yaşayan həmvətənlərimizi təbrik edir, ailə xoşbəxtliyi, süfrənizə ruzu-bərəkət arzulayıram".

Xəbər lenti

Xəbər lenti