...

Naxçıvan MR regionlarında heyvandarlığın inkişafı üçün kreditlər verilir

Siyasət Materials 8 Yanvar 2007 17:46 (UTC +04:00)

Naxçıvan MR regionlarında heyvandarlığın inkişafı üçün kreditlər verilir. Bu barədə Trend in Naxçıvan Bürosu xəbər verir.

Regionda daxili bazarın ət, süd və süd məhsulları ilə təminatı, eləcə də heyvandarlığın inkişafı məqsədilə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin Naxçıvan İcraçı Kredit Agentliyi tərəfindən kreditlərin verilməsinə başlanılıb. Proses cari ildə ilk olaraq Ordubad rayonunda baş tutub.

Rayonun kəndlərində 45 vətəndaşa 300-700 manat həcmində birillik kreditlər verilib. Kompaniya adıçəkilən rayonun Üstüpü, Aza, Əndəmic və Düylün kəndlərini əhatə edib. Kredit kompaniyasının Muxtar Respublikanın digər ərazilərində də həyata keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti