...

ATƏT-in fəaliyyətdə olan yeni sədri 2007-ci il üçün üzv ölkələr üzrə prioritetləri müəyyən edib

Siyasət Materials 8 Yanvar 2007 17:54 (UTC +04:00)

ATƏT-in fəaliyyətdə olan yeni sədri, İspaniyanın xarici işlər naziri Migel Anxel Maratinos 2007-ci il üçün təşkilatın üzv ölkələri üzrə prioritetləri müəyyən edib. Trend xəbər verir ki, bu barədə sədrin ofisindən verilən məlumatda bildirilir.

Qeyd edilir ki, yanvarın 11-də Migel Anxel Maratinos təşkilatın Daimi Şurasının - baş qərarverici oraqanının sessiyasında çıxış edəcək. Məlumatda deyilir ki, çıxışın əsas anları terrorizmlə mübarizəyə, açıq cəmiyyətlərin müxtəlifliyinə və burada iştiraka, ətraf mühitin mühafizəsinə, dialoq və əməkdaşlıq məsələsində ATƏT-in rolunun gücləndirilməsinə həsr olunacaq.

Xəbər lenti

Xəbər lenti