...

Azərbaycan Respublikası Milli Bankı Naxçıvan MR İdarəsinin sədri vəzifəsindən azad edilib

Siyasət Materials 9 Yanvar 2007 16:35 (UTC +04:00)

Azərbaycan Respublikası Milli Bankı Naxçıvan MR idarəsinin sədri Vüqar Şəmil oğlu Rəhimov vəzifəsindən azad edilib. Trend in Naxçıvan Bürosu xəbər verir ki, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı fərman imzalayıb.

Naxçıvan MR Ali Məclisi Sədrinin imzaladığı digər sərəncama görə isə, Şəhla Hüseyn qızı Əhmədova Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib. Sədrin başqa bir sərəncamına əsasən, Qadir Abuzər oğlu Əliyev onun yerinə təyin edilib.

Xəbər lenti

Xəbər lenti