...

Fəhlə Həmkarlar İttifaqının rəhbəri: "ARDNŞ-də işdən azad etmələr bir sıra fəhlələrin iş qabilliyyəti olmaması ilə bağlıdır"

Siyasət Materials 11 Yanvar 2007 17:44 (UTC +04:00)
Fəhlə Həmkarlar İttifaqının rəhbəri: "ARDNŞ-də işdən azad etmələr bir sıra fəhlələrin iş qabilliyyəti olmaması ilə bağlıdır"

H. Əliyev adına Dərin Özüllər zavodunun bəzi əməkdaşlarının işdən kənarlaşdırılması ilk növbədə onların iş qabiliyyətləri ilə bağlıdır.. Bu barədə cümə günü Trend ə Neft qaz sənayesi fəhlələri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbəri Cahangir Əliyev xəbər verib. Onun sözlərinə görə, əmək qabilliyyətli hesab olunmayan 29 nəfər işdən kənarlaşdırılıb.

"Burada başqa motivlər axtarmağa ehtiyac yoxdur. İlk növbədə burada mümkün zədə və əlillik almaq riski nəzərə alınır, belə ki, işdən kənarlaşdırılanlar arasında əlillər və 72-73 yaşlı ahıllar var. Belə kateqoriyalı fəhlələr üçün pis nəticələnən insidentlər baş verərsə kim cavabdeh olacaq?"-deyə Komitənin rəhbəri sual verib.

C. Əliyevin sözlərinə görə, işdən kənarlaşdırmaq üçün ilkin orlaraq 100 adam seçilib. Seçildikdən sonra yalınz 29 adam qalıb.

Cümə axşamı neftçilərin hüquqlarının müdafiəsi üzrə ictimai təşkilat Azərbaycanın müxtəlif neft sektoru və xarici şirkətlərdə keçirilən monitorinqlər, həmçinin Dövlət neft şirkətiinin (ARDNŞ) müxtəlif strukturlarının işçiləri tarəfindən daxil olan şikayətlər barədə məlumat yayıb.

Məlumatda deyilir ki, monitorinqin nəticələrinin aşkarladığına görə, dövlətin qanununu nəinki xarici şirkətlər, həm də ARDNŞ özü pozur. Təşkilat hesab edir ki, apreldən bu günədək ARDNŞ-in müxtəlif strukturlarında, Şirkətin İcra aparatında, Azneft İB-də, Azerneftyağ zavodunda, Bakı dərin özüllər zavodunda əməkdaşların qeyri-qanuni işdən kənarlaşdırılması prosesi davam edir. Yeni rəhbərlik bunu əmək müqavilələrinin müddətinin bitməsi və ya ixtisar adı ilə həyata keçirir.

"2007-ci il yanvarın 8-də dərin özüllər zavodunda 10-15 il işləmiş əməkdaşlara elan olunub ki, onlarla əmək müqaviləsini müddətin bitməsi üzünldən pozublar"-deyə təşkilatda qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti