...

Prezident İlham Əliyev mərhum xalq şairi Nəbi Xəzrinin fəaliyyətini yüksək qiymətləndirib

Siyasət Materials 15 Yanvar 2007 19:13 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov və digər hökumət nümayəndələri, mədəniyyət xadimləri xalq şairi Nəbi Xəzrinin vəfatı ilə əlaqədar başsağlığı verərək onun xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını qeyd ediblər. Trend in məlumatına görə, prezident başda olmaqla dövlət və mədəniyyət xadimlərinin birgə bəyanatında Nəbi Xəzrinin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. Şairin ömür yoluna nəzər salınıb, Azərbaycanın ədəbiyyatının, mədəniyyətinin inkişafında oynadığı əvəzsiz rolundan danışılıb.

Qeyd edək ki, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, əməkdar incəsənət xadimi, Azərbaycan prezidentinin fərdi təqaüdçüsü, Azərbaycanın ən yüksək dövlət mükafatları olan "İstiqlal" və "Şöhrət" ordenlərinə layiq görülmüş Nəbi Xəzri 2007-ci il yanvarın 15-də 83 yaşında vəfat edib. Mərhumla vida mərasimi yanvarın 16-da saat 13.00-dan 15.00-dək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında keçiriləcək.

Allah rəhmət eləsin!

Xəbər lenti

Xəbər lenti