...

Nazir – Səudiyyə Əərəbistanı Azərbaycanla təhsil sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir

Siyasət Materials 16 Yanvar 2007 12:08 (UTC +04:00)
Nazir – Səudiyyə Əərəbistanı Azərbaycanla təhsil sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir

Krallığın ali təhsil nazirinin səfəri çərçivəsində Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında elm və təhsil sahəsində əməkdaşlıq haqqında imzalanmış memorandum bu sahədə mövcud olan əlaqələrin inkişafına yönəlib. Trend xəbər verir ki, bu barədə yanvarın 16-da Bakıda Səudiyyə Əərəbistanı Krallığının ali təhsil naziri doktor Xalid Məhəmməd əl-Anqari özü jurnalistlərə bildirib.

Onun sözlərinə görə, imzalanmış sənəd tələbə və müəllim mübadiləsini, iki ölkə unversitetləri arasında birbaşa əlaqələri, birgə elmi tədqiqatlar keçirilməsi və s. nəzərdə tutur.

Nazir bildirib ki, Səudiyyə Ərəbistanı Azərbaycanın təhsil sistemini bəyənir və öz vətəndaşlarını təhsil almaq üçün bura göndərmək niyyətindədir.

Səfər çərçivəsində nazir Azərbaycan Dövlət İqtisad Universitetində olub, universitetin təlim prosesi və maddi-texniki bazası ilə tanış olub, müəllim kollektivi ilə görüşüb.

Xəbər lenti

Xəbər lenti