...

AZAL məcburi şəkildə Bakıya enmiş təyyarələrin şüşələrində çatın olmasının mümkün səbəblərini açıqlayıb

Siyasət Materials 16 Yanvar 2007 12:41 (UTC +04:00)
AZAL məcburi şəkildə Bakıya enmiş təyyarələrin şüşələrində çatın olmasının mümkün səbəblərini açıqlayıb

Yanvar ayında üç dəfə Azərbaycan paytaxtının aeroportuna məcburi eniş etmiş laynerlərin ön şüşələrindəki çatlar müxtəlif səbəblərdən yarana bilər. Bu səbəblərə gərginliyin düşməsi, şüşələrin donması, temperaturun kəskin dəyişməsi, istismar resursu, məhsulun keyfiyyəti aiddir. Bu barədə Trend ə çərşənbə axşamı "AZAL" Dövlət konserninin baş direktorunun birinci müavini Sabir İlyasov məlumat verib.

Onun sözlərinə görə, baş verən hadisənin əsl səbəbləri bu hava gəmilərini istismar edən şirkətlər tərəfindən müəyyən olunmalıdır.

Dünən "Heydər Əliyev adına" Beynəlxalq Bakı aeroportunda "Vyetnam hava yolları"nın Boinq-777 təyyarəsi məcburi eniş edib. Enişə komandir kabinasının mühafizə şüşəsində çatın olması səbəb olub. Hazırda çatlamış şüşəni dəyişmək üçün aviaşirkətin nümayəndələri artıq Bakıya yola düşüblər.

Yanvarın 11-də "Başqırd hava yolları" aviaşirkətinin Bakı-Ufa marşrutu üzrə uçan "TU-134" təyyarəsinin ön şüşəsində çat olduğundan, o, Bakıya məcburi eniş edib. Bu hava gəmisinin təmiri Başqırd hava yollarının mütəxəssisləri tərəfindən həyata keçirilib.

Yanvarın 7-də "Slovakiya hava yolları" aviaşirkətinin Dehli-Bratislava marşrutu üzrə uçan təyyarəsi Bakıya məcburi eniş edib. Bu enişin də səbəbi ön şüşədə çatın olması olub. Təyyarənin təmiri AZAL Dövlət konserninin mütəxəssisləri tərəfindən həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti