...

Almaniyadan sığınacaq almaq istəyən Azərbaycan vətəndaşlarının sayı azalıb

Siyasət Materials 16 Yanvar 2007 13:44 (UTC +04:00)

Almaniyadan sığınacaq almaq istəyən Azərbaycan vətəndaşlarının sayı azalıb, lakin bu problem hələ də aktualdır. Trend xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Per Stankin məlumat verib.

O əlavə edib ki, bu, Almaniyanın Azərbaycandakı səfirliyinin viza almaq üçün daha ciddi şərtlər qoyması ilə əlaqədardır. Səfir həmçinin xatırladıb ki, Azərbaycan və Almaniya arasında vətəndaşların geri vərilməsi haqqında razılaşma mövcud deyil. P.Stankinin sözlərinə görə, Azərbaycanda vətəndaşlıqdan məhrum edilmənin nəzərdə tutulduğu qayda olduğundan, arzuolunmaz problemlər yaranır. Sovet dövründə Azərbaycanda yaşayan və onun vətəndaşları olan insanlar öz sənədlərini məhv edərək, sığınacaq almaq üçün Almaniya hökümətinə müraciət edirlər.

Səfir həmçinin vurğulayıb ki, bu, insanların milliyyətcə kim - azərbaycanlı və ya erməni olduqlarını müəyyən etmək imkanını çətinləşdirir. Ermənistan, öz növbəsində, bu insanları qəbul etməkdən imtina edir. Ona görə də səfir bildirib ki, Almaniya Azərbaycan və Ermənistanla müvafiq sənəd imzalamaq fikrindədir.

Xəbər lenti

Xəbər lenti