Yanvar ayında Azərbaycanda texnogen xarakterli 132 hadisə qeydə alınıb
Yanvar ayının birinci yarısında Azərbaycanda texnogen xarakterli 132 hadisə qeydə alınıb. Bu barədə Trend Azərbaycan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Hadisələrin 95-i fərdi, 4-ü dövlət yaşayış binalarında, 15-i özəl, 14-ü dövlət müəssisələrində, 4-ü isə avtomobillərdə baş verib.
Hadisələr nəticəsində 16 nəfər xəsarət alıb, 4 nəfər həlak olub, 149 nəfər xilas edilib.