...

AŞ PA-nın həmməruzəçisi: "Azərbaycanın öhdəlikləri apreldə deyil, iyunda müzakirə oluna bilər"

Siyasət Materials 16 Yanvar 2007 19:35 (UTC +04:00)

Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklər qurumun Parlament Assambleyasının apreldə keçirilən yaz sessiyasında deyil, iyunda baş tutacaq yay iclasında müzakirə oluna bilər.

Trend in məlumatına görə, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel "Azadlıq" radiosuna müsahibəsində delə deyib.

A.Herkel deyib ki, bir sıra səbəblərə görə hesabatın müzakirəsi yubanır. Lakin məruzəçi bu səbəblərin nədən ibarət olduğunu açıqlamayıb.

Xatırladaq ki, Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərin necə yerinə yetirilməsi ilə bağlı məsələ AŞ PA-nın aprel ayında keçirilən yaz sessiyasında müzakirə olunmalıdır. Məruzəçilərin hazırladıqları hesabatın ilkin variantı hazırdır. Rəsmi Bakı fevralın sonuna kimi məruzəyə yazılı münasibət bildirməlidir.

Xəbər lenti

Xəbər lenti