...

Ombudsman: Azərbaycanın Ombudsman institutuna 5 illik fəaliyyəti dövründə dini hüquqların pozulması ilə bağlı şikayət daxil olmayıb

Siyasət Materials 17 Yanvar 2007 13:23 (UTC +04:00)
Ombudsman: Azərbaycanın Ombudsman institutuna 5 illik fəaliyyəti dövründə dini hüquqların pozulması ilə bağlı şikayət daxil olmayıb

Azərbaycanın Ombudsman institutunun 5 illik fəaliyyəti dövründə ora vətəndaşlardan din hüquqlarının pozulması ilə bağlı şikayət daxil olmayıb. Trend xəbər verir ki, bu barədə Azərbaycan İnsan haqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova Azərbaycan Dini qurumlarla iş üzrə Dövlət komitəsi ilə birgə təşkil olunmuş "Din və insan hüquqları" mövzusunda dəyirmi masada çıxış edərkən bildirib.

Onun sözlərinə görə, institutun Azərbaycanda 5 illik fəaliyyəti ərzində vətəndaşlardan onların sosial, iqtisadi və b. hüquqlarının pozulmasına dair 25 min ərizə daxil olub. Ombudsman qeyd edib ki, indiyə qədər vətəndaşların dini hüquqlarının məhdudlaşdırılması və ya bu məsələdə zorakılığın tətbiq olunması haqqında heç bir ərizə əldə olunmayıb. Ombudsmanın sözlərinə görə, vətəndaşların dini hüquqlarına hətta müvəqqəti saxlanma və həbs yerlərində də diqqətlə riayət olunur. E.Süleymanova bildirib ki, institutun əməkdaşları mütəmadi olaraq islah koloniyalarında və təcridxanalarda reydlər keçirir, bu müəssisənin heyəti arasında vətəndaşların din azadlığı və hüquqları məsələsi ilə bağlı izahedici işlər görürlər.

Din və dövlət qurumları nümayəndələrinin iştirak etdiyi dəyirmi masada bu sahədə vətəndaşlarının hüquqlarının qorunması məsələsində əməkdaşlığın perspektivləri müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti