...

Səfir: "ABŞ İT sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazırdır"

Siyasət Materials 17 Yanvar 2007 20:22 (UTC +04:00)
Səfir: "ABŞ İT sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazırdır"

ABŞ Azərbaycanla İnformasiya texnologiyaları sahəsində əməkdaşlıq etməyə hazırdır, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi Rabitə nazirliyində ölkədə regional innovasiya zonasının yaradılması layihəsi çərçivəsində konsaltinq şirkətinin təqdimetmə mərasimində bəyan edib. bu barədə Trend xəbər verir.

Onun sözlərinə görə, bu layihə Azərbaycanda regional innovasiya zonalarının yaradılması istiqamətində ilk vacib addımdır.
"mən çox fəxr edirəm ki, layihənin həyata keçirilməsi ilə Amerikanın Booz Allen Hamilton şirkəti məşğul olacaq. ABŞ şirkətlərinin İnformasiya texnologiyaları sahəsində böyük təcrübəsi var"-deyə E. Dersi qeyd edib.

Səfir vurğulayıb ki, Azərbaycanın İT bazarının böyük inkişaf potensialı var. O, 2006-cı ilin oktyabrında telekommunikasiya sahəsində Azərbaycan Rabitə Nazirliyi ilə ABŞ dövlət departamenti arasında imzalanmış, ölkədə rabitə sahəsindəki islahatlara ABŞ-ın yardım göstərməsini nəzərdə tutan "Qarşılıqlı anlaşma barədə" memorandumunun əhəmiyyətini qeyd edib. Sənəd Azərbaycan tərəfdən ölkə iqtisadiyyatının bu sahəsinə investisiya qoymağa hazır olan Amerika şirkətlərinin sabitlik qarantıdır.

"ümid edirəm ki, regional innovasiya zonaları yaradıldıqdan sonra, bura cəlb olunmuş amerika şirkətlərinin sayı artacaq"-deyə səfir sözlərini bitirib.

Xəbər lenti

Xəbər lenti