...

Məhərrəm Əliyev: 12 nəfər orta, 55 nəfər sıravi və kiçik rəis heyəti əməkdaşları daxili işlər orqanlarından xaric edilib

Siyasət Materials 18 Yanvar 2007 13:32 (UTC +04:00)
Məhərrəm Əliyev: 12 nəfər orta, 55 nəfər sıravi və kiçik rəis heyəti əməkdaşları daxili işlər orqanlarından xaric edilib

12 nəfər orta rəis heyəti, 55 nəfərsə sıravi və kiçik rəis heyəti əməkdaşları mənfi motivlərlə daxili işlər orqanlarından xaric edilib. Trend in xəbərinə görə, bu barədə cinayətkarlığa qarşı mübarizə, ictimai asaiyişin təmini sahəsində həyata keçirilmiş tədbirlərə dair yanvarın 18-də Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) keçirilmiş əməliyyat müşavirəsində BŞBPİ rəisi general-leytenant Məhərrəm Əliyev məlumat verib.

M.Əliyev bildirib ki, tapşırılmış sahənin öhdəsindən gələ bilmədiklərinə görə 57 əməkdaş Daxili İşlər Nazirliyinin və Baş İdarənin əmrləri ilə tutduqları vəzifədən azad edilərək aşağı vəzifələrə təyin olunublar.

"Öz hərəkətləri və davranışları ilə polisin adına ləkə gətirən, intizamsız və məsuliyyətsiz münasibətləri ilə polisin şərəfli adını uca tuta bilməyən əməkdaşlara qarşı adekvat intizam tədbirləri görülür" - deyə M.Əliyev vurğulayıb.

Lakin bununla belə BŞBPİ rəisi qeyd edib ki, 2005-ci ilə nisbətən mükafatlandırılan əməkdaşların sayı da artıb.

Xəbər lenti

Xəbər lenti