...

Səfir: Azərbaycan prezidenti İsveçrə rəhbəri ilə görüşəcək

Siyasət Materials 19 Yanvar 2007 12:43 (UTC +04:00)
Səfir: Azərbaycan prezidenti İsveçrə rəhbəri ilə görüşəcək

Yanvarın 24-28-də Davosda (İsveçrə) keçiriləcək Ümumdünya iqtisadi forumunun hər il keçirilən görüşü çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev İsveçrənin prezidenti xanım Mişlin Kalmi-Reylə ikitərəfli görüş keçirəcək. Bu barədə eksklüziv olaraq Trend ə Azərbaycanın İsveçrədəki səfiri Elçin Əmirbəyov bildirib.

O qeyd edib ki, həmçinin Forum iştirakçılarından Azərbaycan prezidenti ilə

görüşmək üçün çox sayda müraciətlər daxil olub. Səfirin sözlərinə görə, prezident İlham Əliyevin Avropada enerji təhlükəsizliyinə aid diskussiyalara qoşulacağı gözlənilir. Dövlət başçısının bu mövzu ilə əlaqədar nitq söyləyəcyi də gözlənilir.

Xatırladaq ki, Foruma biznes, siyasi, akademik, media dairələrinin 2000-dən artıq lideri və vətəndaş cəmiyyəti nümayəndələri dəvət olunub. O cümlədən Fələstin muxtariyyəti, İraq, İordaniya, ABŞ, İrlandiya, İndi Monako, Oman, Yaponiya, Braziliya, Səudiyyə Ərəbistanı, Malaziya, Sinqapur, Böyük Britaniya, Çin, Fransa, Meksika, İsveç, İsveçrə, Kanada, Nigeriya, Avstriya, Fillipin, Venesuela, Birləşmiş Ərəb Əmirlikləri, Tanzaniya, Rusiya, Türkiyə, Almaniya, Macarıstan, Belçika, Misir, İran, Koreya, Keniya, Bəhreyn, Manila, İsrail, CAR, Tatarıstan, Vyetnam, İtaliya, Küveyt, Livan, Qazaxıstan, Azərbaycan, Qətər, Avstraliya nümayəndələri də iştirak edəcək.

Həmçinin Avropa Komissiyası, İqtisad inkişaf və əməkdaşlıq təşkilatı (OECD), İslam konfransı təşkilatı, NATO, Avropa yenidənqurma və inkişaf bankı, BMT və b. təşkilat nümayəndələrinin iştirakı da gözlənilir. Forumda prezidenlər səviyyəsində Fələstin müxtariyyəti, Meksika, İsveç, İran, Tanzaniya, Braziliya, Filippin, CAR, Latviyanın təmsil olunacağı gözlənilir. Tədbirdə Böyük Britaniyanın baş naziri Toni Blerin iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti