...

Salyanda məhsul istehsalı artıb

Siyasət Materials 20 Yanvar 2007 13:23 (UTC +04:00)

Salyan Rayon Statistika İdarəsinin rəisi Seyfulla İsmaylovun açıqlamasına görə, 2006-cı ildə ölkə üzrə hər hektardan 25, 7 sentner taxıl götürüldüyü halda Salyan rayonunda hər hektardan 32,1 sentner məhsul götürülüb, yəni respublika səviyəsindən hər hektardan 6,4 sentner məhsuldarlıq çox olub. Trend bölgə müxbiri xəbər verir ki, dekabrın 1-nə olan məlumata görə, rayonda əkin üçün 18 min 724 hektar şum aparılıb. Bu da keçən ilin müvafiq dövründən 1381 hektar çoxdur. Lakin rayonda buğda səpini sahəsi ötən ildəkindən 422 hektar azdır. Arpa isə keçən ildəkindən 270 hektar çox sahədə səpilib. Salyanda kənd təsərrüfatında uzun illər ən gəlirli sahə pambıqçılıq olmuşdu, amma bu il pambıqçılar tarlalardan 6 min 210 ton məhsul toplayaraq emal müəssisələrinə təhvil verib ki, bu da keçən ildəkindən 2 min 435 ton azdır. Pambıq istehsalçılarının dediyinə görə, satınalma qiymətlərinin aşağı olması öz təsirini göstərib. 2006-cı ildə taxılçılıqdan əhalinin pul gəlirləri 1.840, 4 min manat olub ki, bu da ötən ilə nisbətən 559, 2 min manat azdır.

Xəbər lenti

Xəbər lenti