...

Polşa XİN rəhbəri martın ilk günlərində Azərbaycana səfər edəcək

Siyasət Materials 22 Yanvar 2007 15:35 (UTC +04:00)

Polşa xarici işlər naziri Anna Fotıqın Azərbaycana gözlənilən səfərinin hazırlığı məsələləri onun birinci müavini Pavel Kovalın hazırkı səfəri çərçivəsində müzakirə edilib. Bu barədə eksklüziv olaraq Trend ə Polşanın Azərbaycandakı səfirliyinin məsləhətçisi Voytsex Quretskiy bildirib.

Polşa xarici işlər nazirnin birinci müavininin səfəri bu gün başlayıb. Bu saata qədər diplomat Azərbaycan XİN rəhbərinin müavini Xələf Xələfovla, Milli Məclis sədri Oqtya Əsədovla, Prezident İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovla görüşüb. Həmçinin baş nazir Artur Rəsizadə və iqtisadi inkişaf naziri Heydər Babayevlə görüş də nəzərdə tutulur.

Diplomat qeyd edib ki, danışıqların mövzusunu ikitərəfli münasibətlərin aktual məsələləri, xüsusən Polşa-Azərbaycan ikitərəfli münasibətlər, iqtisadi və mədəni əlaqələr, energetika sahəsində əməkdaşlıq, Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla regional və eneji təhlukəsizliyi və s. təşkil edib.

Xəbər lenti

Xəbər lenti