...

Azərbaycanın XİN rəhbəri: "Moskva məsləhətləşmələri kifayət qədər mürəkkəb idi"

Siyasət Materials 23 Yanvar 2007 16:53 (UTC +04:00)
Azərbaycanın XİN rəhbəri: "Moskva məsləhətləşmələri kifayət qədər mürəkkəb idi"

Yanvarın 23-də Moskvada Azərbaycan və Ermənistan XİN başçıları səviyyəsində ATƏT-in Minsk qrupunun həmsədrinin iştirakı ilə təkbətək görüş formatında keçirilən məsləhətləşmənin növbəti raundu başa çatıb.

Trend in Rusiyadakı müxbirinin verdiyi xəbərə görə, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun və Ermənistan xarici işlər naziri Vardan Oskayanın görüşü Azxərbaycan və Ermənistan prezidentlərinin Minsk görüşündən sonra əlaqələrin davam etməsi barədə tapşırığı əsasında baş tutub.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmmədyarov Trend ə eksklüziv müsahibəsində məlumat verib ki, nizamlanmanın əsas prinsiplərinin müzakirə olunduğu Moskva görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli problematikası barədə intensiv fikir mübadiləsi aparılıb.

Moskva danışıqlarının xarakterizə edərkən, E Məmmədyarov onu "kifayət qədər mürəkkəb" adlandırıb və qeyd edib ki, danışıqlar prosesi davam edəcək. Tərəflər Azərbaycan və Ermənistan XİN başçıları səviyyəsində əlaqəni davam etdirmək barədə razılığa gəliblər. Bununla yanaşı, bu gün ATƏT Minsk qrupunun həmsədrləri regiona yollanır və bu problematika ilə bağlı Bakıda və Yerevanda məsləhətləşmələr davam edəcək.

"Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşləri həmsədrlərin bölgəyə səfərinin nəticələri ilə müəyyənləşəcək"- deyə, Azərbaycanın xarici işlər idarəsinin rəhbəri sözünü yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti