...

Azərbaycan və Pakistan hökumətlərarası komissiyanın növbəti iclasının tarixini razılaşdırıb

Siyasət Materials 24 Yanvar 2007 12:40 (UTC +04:00)

Azərbaycan və Pakistan hökumətlərarası komissiyanın növbəti iclasının tarixini razılaşdırıb. Bu barədə Azərbaycanın Pakistandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Sabir Rzayev Trend ə eksklüziv olaraq məlumat verib.

Onun sözlərinə görə, iclas fevralın 6-7-də İslamabadda keçiriləcək. "İndi Pakistan tərəfdən komissiyanın tərkibinin təsdiq olunmasını gözləyirik", - deyə diplomat qeyd edib. Bundan sonra tərəflər komissiya iclasının gündəliyinin razılaşdırılmasına başlayacaqlar. Xatırladaq ki, əvvəl iclasın yanvarın 29-30-da keçirilməsi planlaşdırılırdı.

Onun sözlərinə görə, iclasın gündəliyinə aşağıdakı məsələlər daxil olacaq: ticarət, elm və texnologiya, rabitə, kənd təsərrüfatı, maliyyə, bank sahəsi, əmək, təhsil, səhiyyə, idman və turizm sahələrində əməkdaşlığın inkişafı. Bundan başqa, tərəflər energetika və təbii sərvətlər sahəsində əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını nəzərdən keçirəcəklər.

S.Rzayevin sözlərinə görə, Pakistan tərəfdən komissiyaya neft və təbii sərvətlər naziri Əmanulla Xan Cadun başçılıq edir. komissiyanın Azərbaycan hissəsinə isə baş nazirin birinci müavini Yaqub Eyyubov rəhbərlik edir. Komissiyanın tərkibinə müdafiə sənayesi, xarici işlər, rabitə və informasiya texnologiyaları, təhsil, iqtisadi inkişaf, səhiyyə, maliyyə, kənd təsərrüfatı və b. nazirlik və idarələrin nazir müavinləri daxildir.

Xəbər lenti

Xəbər lenti