...

Azərbaycan prezidenti İlham Əliyev ipoteka kreditlərinin verilməsi mexanizminin təkmilləşdirilməsinə dair sərəncam imzalayıb

Siyasət Materials 24 Yanvar 2007 13:26 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev ipoteka kreditlərinin verilməsi mexanizminin təkmilləşdirilməsinə dair sərəncam imzalayıb.

Trend xəbər verir ki, bununla əlaqədar olaraq bir sıra qanunlara, o cümlədən "Torpaq islahatı haqqında", "Torpaq bazarı haqqında", "Məhkəmə qərarlarının icra edilməsi haqqında" qanunlara, Torpaq Məcəlləsinə, Cinayət Məcəlləsinə, İnzibati pozunular Məcəlləsinə dəyişikliklər nəzərdə tutulur.

Azərbaycan prezidentinin Nazirlər Kabinetinə göstərişi ilə "İpoteka haqqında" qanunun tətbiqi ilə bağlı qanunvericilik aktlarına dəyişiklik və əlavələrin edilməsi ilə əlaqədar təklifləri hazırlamaq və təqdim etmək tapşırılıb. "İpoteka haqqında" qanunun tətbiqi ilə bağlı "Girov haqqında" Qanun qəvvəsini itirir.

Xəbər lenti

Xəbər lenti