...

Azərbaycan prezidenti Gömrük Komitəsinin əməkdaşlırını mükafatlandırıb

Siyasət Materials 24 Yanvar 2007 20:22 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Dövlət Gömrük Komitəsinin sədr müavini Əsgər Abullayevə gömrük xidməti general-leytenantı rütbəsi verilməsi haqqında sərəncam imzalayıb. Bu barədə Trend xəbər verir. Komitənin bir neçə əməkdaşına isə general-mayor rütbəsi verilib.

Prezidentin digər sərəncamı ilə DGK-nin 26 əməkdaşı gömrük orqanlarında qulluq vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə, ölkəmizin iqtisadi mənafeyi və təhlükəsizliyinin təmin edilməsində xidmətlərinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

Xəbər lenti

Xəbər lenti