...

"Yetkinlik yaşına çatmayanların kimsəsizliyinin və hüquq pozuntularının profilaktikası haqqında" Qanuna əlavə və dəyişikliklər ediləcək

Siyasət Materials 25 Yanvar 2007 17:02 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev "Yetkinlik yaşına çatmayanların kimsəsizliyinin və hüquq pozuntularının profilaktikası haqqında" Qanuna əlavə və dəyişikliklərin edilməsinə dair sərəncam imzalayıb.

Trend xəbər verir ki, Nazirlər Kabinetinə bir ay ərzində Qanunun tətbiq edilməsi ilə bağlı qanunvericilik aktlarına dəyişiklik və əlavələr haqqında təkliflər hazırlayıb təqdim etmək tapşırılıb.

Həmçinin Nazirlər Kabinetinə həvalə edilib ki, səlahiyyətləri çərçivəsində bu Qanundan irəli gələn məsələləri həll etsin.

Xəbər lenti

Xəbər lenti