...

İspaniya kralı Azərbaycana səfər etməyi planlaşdırır

Siyasət Materials 26 Yanvar 2007 17:11 (UTC +04:00)
İspaniya kralı Azərbaycana səfər etməyi planlaşdırır

İspaniya kralı Xuan Karlos I Azərbaycana səfər etməyi planlaşdırır. Bu barədə Azərbaycanın İspaniyadakı səfirliyinin birinci katibi Anar Məhərrəmov Trend ə eksklüziv olaraq məlumat verib.

Onun sözlərinə görə, İspaniya kralı Yeni il münasibəti ilə Madriddə diplomatik korpus nümayəndələri üçün Kral sarayında təşkil olunmuş ziyafətdə Azərbaycanın səfiri Məmməd Əliyevlə görüşdə bu istəyi barədə bildirib.

Qəbulda iştirak edən Azərbaycanın səfiri Məmməd Əliyev krala prezident İlham Əliyevin salamlarını çatdırıb. A.Məhərrəmov bildirib ki, Kral Xuan Karlos I Azərbaycan prezidenti İlham Əliyevə öz salamlarını göndərərək qeyd edib ki, iki dövlət arasında əlaqələrin möhkəmlənməsinin tərəfdarıdır. Kral həmçinin Azərbaycan prezidentini İspaniyaya rəsmi səfərə dəvət edib.

Xəbər lenti

Xəbər lenti