...

"Intel" şirkəti Azərbaycanda iqtisadi –texnoloji zonaların yaradılmasına sərmayə qoymaq niyyətindədir

Siyasət Materials 26 Yanvar 2007 17:49 (UTC +04:00)

Bütün dünyada tanınan "Intel" şirkəti Azərbaycanda iqtisadi-texnoloji zonaların yaradılmasına sərmayə qoymaq niyyətindədir. Trend xəbər verir ki, bu barədə şirkətin idarə heyətinin sədri Kreyq Barret Davosdakı iqtisadi forumda iştirak çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə bəyan edib.

Onun sözlərinə görə, əsasən kompüter, noutbuk və digər elektron avadanlığın istehsalı və ixracı sahəsində ixtisaslaşan şirkət Azərbaycanın elektron avadanlıqlarının ixracatçısına çevrilməsinə kömək etmək istəyir. Şirkət başçısı ümumtəhsil məktəblərinin kompüterləşdirilməsi sahəsində Azərbaycanla əməkdaşlıqdan məmnun qaldığını bildirib.

K.Barret Azərbaycan prezidentini fevralın sonunda ABŞ-da keçiriləcək, iqtisadi siyasət məsələlərinə həsr olunmuş foruma dəvət edib.

Xəbər lenti

Xəbər lenti