...

Oqtay Əsədov Pakistan səfirini qəbul edib

Siyasət Materials 27 Yanvar 2007 13:07 (UTC +04:00)

Milli Məclisin sədri Oqtay Əsədov yanvarın 26-da Pakistanın Azərbaycandakı səfiri Cavid Qureyşini qəbul edib.

Trend in məlumatına görə, səfir Cavid Qureyşi Pakistan Milli Məclisi sədrinin məktubunu Oqtay Əsədova təqdim edib.

Diplomat qeyd edib ki, Pakistan Milli Məclisinin sədri onu Azərbaycana səfərə dəvət etdiyinə görə Oqtay Əsədova minnətdarlığını bildirib və bu, məktubda qeyd olunub. Səfir diqqətə çatdırıb ki, dəvət məmnunluqla qəbul olunub.

Ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini deyən Cavid Qureyşi, yaxın günlərdə Pakistanda hökumətlərarası iqtisadi komissiyanın iclasının keçiriləcəyini söyləyib.

Parlamentlərarası əlaqələrdən söz açan səfir deyib ki, qarşılıqlı səfərlər bu münasibətlərin inkişafına müsbət təsir göstərir.

Azərbaycan-Pakistan münasibətlərinin yüksək səviyyəsini vurğulayan O.Əsədov ölkələrimizin beynəlxalq səviyyədə bir-birini dəstəkləməsini bu əlaqələrin bariz nümunəsi kimi səciyyələndirib.

Milli Məclisin sədri vurğulayıb ki, Pakistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyib, işğalçı Ermənistanla heç bir diplomatik əlaqə yaratmayıb.

O bildirib ki, parlamentlərarası əlaqələrin möhkəmlənməsinin diqqət mərkəzindədir və bu baxımdan pakistanlı həmkarının ölkəmizə səfərinin səmərəli olacağına inanır.

Xəbər lenti

Xəbər lenti