...

Azərbaycanın daxili işlər naziri 2006-cı ili ictimai-siyasi hadisələr baxımından çox əhəmiyyətli dövr kimi qiymətləndirib

Siyasət Materials 27 Yanvar 2007 13:18 (UTC +04:00)
Azərbaycanın daxili işlər naziri 2006-cı ili ictimai-siyasi hadisələr baxımından çox əhəmiyyətli dövr kimi qiymətləndirib

Yanvarın 27-də Azərbaycanın Daxili İşlər Nazirliyində 2006-cı ildə cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahəsində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında nazir general polkovnik Ramil Usubov ili ictmai-siyasi hadisələr baxımından çox əhəmiyyətli dövr kimi qiymətləndirib. Bu barədə Trend xəbər verir.

R.Usubov hesabat dövründə həyata keçirilmiş tədbirlər, xidməti fəaliyyətdə buraxılmış nöqsanlar, onların aradan qaldırılması yolları barədə geniş məruzə ilə çıxış edib. O bildirib ki, respublikanın daxili işlər orqanları, əvvəlki hesabat dövrlərində olduğu kimi, ötən ildə də cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması sahəsində yüksək nəticələr əldə edib.

Nazir vurğulayıb ki, istər parlament seçkilərindən əvvəl, istərsə də sonra şəxsi heyət üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib, bu mühüm, bu ümumdövlət əhəmiyyətli tədbirin keçirilməsində yaxından, fəal şəkildə iştirak edib.

Xəbər lenti

Xəbər lenti