...

Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulunun Kareliya Respublikasına səfəri başlanıb

Siyasət Materials 29 Yanvar 2007 11:51 (UTC +04:00)

Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş Konsulu Qüdsi Osmanovun başçılıq etdiyi nümayəndə heyətinin yanvarın 29-dan Kareliya Respublikasına səfəri başlanıb. Bu barədə Trend ə Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğundan məlumat verilib.

Səfər zamanı Baş Konsul Q.Osmanov Kareliya Respublikasının Qanunvericilik Məclisinin Sədri N.İ.Levin, milli siyasət məsələləri üzrə naziri A.A.Manin, Rusiya Federasiyası Prezidentinin Şimal-Qərb federal dairəsindəki səlahiyyətli nümayəndəsinin Kareliyadakı federal müfəttişi V.A.Şmıkov, Petrozavodsk şəhərinin meri V.N.Maslyakov, Kareliya Respublikasının daxili işlər naziri İ.V.Alyoşin, prokuroru O.V.Dupak, federal miqrasiya xidmətinin rəhbərliyi və Kareliyanın ruhani idarəsinin dini rəhbəri şeyx Visam Əli Bardvil ilə görüşləri keçiriləcək. Səfər zamanı Azərbaycan ilə Kareliya arasında müxtəlif sahələrdə (iqtisadi, mədəni və digər sahələrdə) ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, Azərbaycan diasporunun formalaşdırılması və gücləndirilməsi, orada yaşayan soydaşlarımızın qarşılaşdıqları problemlərin həlli, onların yaşayış tərzinin öyrənilməsi, qeyri-leqal yaşayan soydaşlarımızın leqallaşdırılması və başqa məsələlər müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti