Müxalifətyönlü "Azadlıq" blokunun Sədrlər Şurasının yanvarın 30-da keçiriləcək iclasında blokun həmtəsisçilərindən Azərbaycan Demokrat Partiyası Ali Məclisinin qəbul etdiyi son qərar müzakirə olunacaq. Bu barədə Trend ə açıqlamasında "Azadlıq" blokunun həmtəsisçilərindən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib.
Xatırladaq ki, ADP Ali Məclisi yanvarın 27-də partiyanın siyasi yönümünü dəyişməsi haqqında qərar qəbul edib. ADP bundan sonra radikal müxalifət partiyası kimi deyil, konsturktiv və dialoq tərəfdarı olan qüvvə kimi çıxış edəcək.
Ə.Əliyev deyib ki, ADP Ali Məclisinin qəbul etdiyi qərarın siyasi mənasının nədən ibarət olduğuna dair şərh vermək tezdir.
Qeyd edək ki, "Azadlıq" blokunda 4 müxalifət partiyası- Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal, Vətəndaş və İnkişaf (VİP), Azərbaycan Demokrat (ADP) partiyaları təmsil olunur.