...

Azərbaycan Yolu Siyasi Hərəkatı Konstitusiya Məhkəməsinin qarşısında piket keçirib

Siyasət Materials 31 Yanvar 2007 13:25 (UTC +04:00)

Müxalifətyönlü Azərbaycan Yolu Siyasi Hərəkatı (AYSH) Tarif Şurasının qərarına etiraz olaraq yanvarın 31-də Konstitusiya Məhkəməsinin qarşısında piket keçiriblər. Trend in məlumata görə, piketin keçirilməsinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilməsə də, aksiya zamanı heç bir insdent baş verməyib. Belə ki, piket iştirakçılarının sayı 10-15 nəfər olub və onların aksiyası cəmi bir neçə dəqiqə davam edib.

İştirakçılar piketin qətnaməsini oxuduqdan sonra heç bir şüar səsləndirmədən Konstitutsiya məhkəməsinin qarşısını tərk ediblər. Piket keçirilən zaman ərazidə yalnız bir nəfər polis olub və o, aksiyaya müdaxilə etməyib.

Piketin qətnaməsində Konstitusiya Məhkəməsindən Tarif Şurasının qərarını ləğv etmək tələb olunur.

Qeyd edək ki, Tarif Şurası yanvarın əvvəllərində enerji daşıyıcılarının, kommunal xidmətlərin və sərnişin daşımalarının qiymətlərinin artırılması haqqında qərar qəbul edib.

Xatırladaq ki, müxalifətyönlü Azərbaycan Yolu Siyasi Hərəkatına Rusiyanın sabiq ədliyyə generalı İlqar Qasımov rəhbərlik edir.

Xəbər lenti

Xəbər lenti