...

Qarsda Türkiyə-Ermənistan dostluq abidəsinin qoyulmasının dayandırılmasına nail olunub

Siyasət Materials 31 Yanvar 2007 13:52 (UTC +04:00)

Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov Qars əyalətində olub, qubernator Mehmet Ufuq Erden, 14 mexaniki briqada komandiri Ercan Okan və bələdiyyə başçısı Naif Əlibəyoğlu ilə görüşüb. Bu barədə Trend ə Azərbaycanın Türkiyədəki səfirliyindən bildiriblər.

Bütün görüşlərdə səfir həmsöhbətlərinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlar çatdırıb. Görüşdə Türkiyənin hər 3 təmsilçisi Türkiyə ilə Ermənistan sərhədlərinin açılmasının qeyri-mümkünlüyü barədə Azərbaycan səfirini əmin edib.

Səfirliyin mətbuat xidmətindən verilən məlumata görə, danışıqlar zamanı Türkiyə höküməti ilə birlikdə Qarsın mərkəzində Türkiyə və Ermənistan arasında dostluq rəmzi abidəsinin ucaldılmasının qarşısı alınmışdır.

Xəbər lenti

Xəbər lenti