...

Azərbaycan baş nazirinin birinci müavini Pakistan baş naziri ilə görüşəcək

Siyasət Materials 1 Fevral 2007 13:48 (UTC +04:00)
Azərbaycan baş nazirinin birinci müavini Pakistan baş naziri ilə görüşəcək

Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov İslamabadda Pakistan baş naziri Şövkət Əzizlə görüşəcək. Bu barədə eksklüziv olaraq Trend ə Azərbaycanın Pakistandakı səfirliyinin iqtisadi məsələlər üzrə məsləhətçisi Sabir Rzayev bildirib.

Diplomat qeyd edib ki, görüş Azərbaycan və Pakistan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasında iştirak üçün Pakistana yola düşmüş baş nazirin birinci müavininin səfəri çərçivəsində baş tutacaq.Tərəflər əməkdaşlığın müxtəlif sahələri üzrə ikitərəfli münasibətlərin perspektivlərini müzakirə edəcəklər.

İclas fevralın 6-7-nə təyin edlilib. Y.Eyyubov Azərbaycan tərəfdən komissiyanın həmsədridir. Komissiyanın tərkbinə üç nazir - müdafiə sənayesi naziri, təhsil naziri, rabitə və informasiya texnologiyaları naziri, eləcə də xarici işlər, mədəniyyət və turizm, təhsil, iqtisadi inkişaf nazirlərinin müavinləri, Dövlət Neft Şirkəti və digər idarələrin məsul şəxsləri daxildir.

Xəbər lenti

Xəbər lenti