...

AŞ-nin Siyasi məsələlər üzrə baş direktoru: Avropa Şurası Dağlıq Qarabağla bağlı Errmənistan-Azərbaycan dialoqunu diqqətlə izləyir

Siyasət Materials 2 Fevral 2007 13:45 (UTC +04:00)

Avropa Şurasının Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda iştirak etməməsinə baxmayaraq, o, Azərbaycan və Ermənistanın prezidentləri və XİN başçıları səviyyəsində dialoqların gedişatını diqqətlə izləyir. Trend xəbər verir ki, bu barədə fevralın 2-də Azərbaycanda səfərdə olan Avropa Şurasının Siyasi məsələlər üzrə baş direktoru Jan-Lui Loran məlumat verib.

O ümidvar olduğunu bildirib ki, dialoq münaqişənin sülh yolu ilə nizamlanması ilə başa çatacaq. J.Loran qeyd edib ki, Azərbaycan və Ermənistan Avropa Şurasına üzv qəbul olunarkən münaqişənin sülh yolu ilə nizamlanmasına dair öhdəlik götürüblər.

Xəbər lenti

Xəbər lenti