...

Azərbaycan prezidenti gənclər təşkilatlarının nümayəndələri ilə görüşüb

Siyasət Materials 2 Fevral 2007 20:22 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev fevralın 2-də Gənclər Günü münasibətilə respublikada fəaliyyət göstərən gənclər təşkilatlarının üzvləri və yaradıcı istedadlı gənclərlə görüşüb. Bu barədə Trend AzTV-yə istinadən xəbər verir.

Dövlət başçısı gəncləri bayram münasibətilə təbrik edərək bildirib ki, ümummilli liderimiz Heydər Əliyev həmişə gəncliyə xüsusi diqqət yetirib. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ölkəmizin dünya birliyüində layiqli yerini tutması üçün layiqli gənclik yetişib.

Prezident gəncliyin sosial problemlərinin həllinə dövlət tərəfindən daim diqqət yetirildiyini, sosial ipoteka xaprakterli tədbirlərin bundan sonra da davam etdiriləcəyini qeyd edib.

İlham Əliyev Azərbaycan gəncliyinin vətənpərvərliyindən xüsusilə məmnun olduğunu bildirib. "Bizim gücümüz təkcə siyasi, iqtisadi meyarlarla ölçülmür. Bizim gücümüz o cümlədən güclü ordumuzun olması ilə ölçülməlidir. Güclü ordu o deməkdir ki, istənilən halda doğma torpaqlarımızı azad edə bilərik".

Xəbər lenti

Xəbər lenti