...

Bu gün Romada Azərbaycanla İtaliya arasında hərbi-siyasi məsləhətləşmələr başlayacaq

Siyasət Materials 5 Fevral 2007 15:38 (UTC +04:00)

Bu gün Romada Azərbaycanla İtaliya arasında hərbi-siyasi məsləhətləşmələr başlayacaq. Azərbaycanın İtaliyadakı səfirliyindən Trend ə bildiriblər ki, Azərbaycan XİN-nin nümayəndə heyəti 2-3 saatdan sonra Romaya çatacaq.

Nümayəndə heyətinə xarici işlər nazirinin müavini Araz Əzimov rəhbərlik edir.

Diplomatik missiyadan bildiriblər ki, məsləhətləşmələr İtaliya Xarici İşlər Nazirliyində keçiriləcək.

Həmçinin səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin İtaliya parlamentində görüşləri keçiriləcək, xüsusilə xarici siyasət və müdafiə, Avropa İttifaqı ilə əməkdaşlıq üzrə parlament komissiyaları başçıları ilə, beynəlxalq təşkilat nümayəndələri ilə danışıqlar aparılacaq.

Səfər çərçivəsində beynəlxalq rəyin formalaşdırılması şöbəsi tərəfindən təşkil olunmuş tədbirdə iştirak da planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti