...

Azərbaycan prezidenti Gürcüstanın ədliyyə naziri Giya Kavtaradzeni qəbul edib

Siyasət Materials 8 Fevral 2007 20:36 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Gürcüstanın ədliyyə naziri Giya Kavtaradzeni qəbul edib. Bu barədə Trend xəbər verir.

Dövlətimizin başçısı Gürcüstana səfərini xatırladaraq imzalanan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin böyük əhəmiyyət daşıdığını, ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib. Dövlətimizin başçısı Azərbaycan və Gürcüstanın müxtəlif qurumları, o cümlədən hüquq mühafizə orqanları arasında əlaqələrin ikitərəfli münasibətlərin inkişafında əhəmiyyətini qeyd edib. Azərbaycan Prezidenti ədliyyə nazirlikləri arasındakı əlaqələrin də ümumi əməkdaşlığın genişlənməsinə xidmət etdiyini söyləyib.

Qonaq Gürcüstanla Azərbaycan arasında əməkdaşlığın bütün sahələrdə olduğu kimi, ədliyyə sahəsində də uğurla inkişaf etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti