...

ATƏT PA rəhbəri Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb

Siyasət Materials 9 Fevral 2007 12:11 (UTC +04:00)

Bu gün səhər ATƏT Parlament Assambleyasının rəhbəri Qoran Lenmarker QHT və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb. Görüşdən sonra Q.Lenmarker jurnalistlərə bildirib ki, görüşün əsas mövzusunu seçkilər, insan haqları və demokratiya məsələləri təşkil edib.

O bildirib ki, Azərbaycana səfəri maraqlı keçib və vəziyyətlə yerində tanış olmaq imkanı qazanıb.

Ermənistana səfərini şərh edərək Q.Lenmarker bildirib ki, hər iki ölkədəki vəziyəti qiymətləndirmək üçün bu səfər də onun regiona səfərinin çox mühüm hissəsini təşkil edib. O qeyd edib ki, Robert Köçəryanla görüşməyib, belə ki, Ermənistan prezidenti ölkədə olmayıb.

Xəbər lenti

Xəbər lenti