...

ADP-nin qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi partiya funksionerləri Yaqub Abbasov və Zəminə Dünyamalıyevaya son xəbərdarlıq edib

Siyasət Materials 12 Fevral 2007 18:11 (UTC +04:00)

Yanvarın 12-də müxalifətyxnlü Azərbaycan Demokrat Partiyasının qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin iclası keçirilib və iclasda partiya sədrinin keçmiş müavini Yaqub Abbasova və Ali Məclisin üzvü Zəminə Dünyamaliyevaya son xəbərdarlıq edilib. Bu barədə Trend in məlumatına görə, fevralın 12-də keçirdiyi mətbuat konfransında Azərbaycan Demokrat Partiyasının sədrinin keçmiş birinci müavini və partiyanın qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Sərdar Calaloğlu bildirib.

Onun sözlərinə görə, iclasda Nəsimi rayon təşkilatının sədri Ağa Abdullaoğlunun partiya sıralarından xaric edilməsi və Nəsimi rayon təşkilatının buraxılması haqqında qərar edilib. Eyni zamanda Müsavat partiyasını və "Yeni Müsavat" qəzetinin ADP daxilində təfriqəçilik yaratmağ fəaliyyətinə son qoymasını tələb edən qərar qəbul olunub. S.Cəlaloğlu bildirib ki, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev ADP adından danışmağa başladığına görə, onu məhkəməyə verəcəklər. Digər bir qərara görə, qurultaya gədər ADP-ni Azərbaycanın daxilində S.Cəlaloğlu, xaricdə isə Rəsul Quliyev təmsil edəcək. ADP adından başqa kimsə danışarsa və ya buna cəhd göstərərsə onu məhkəməyə verəcəklər.

Xəbər lenti

Xəbər lenti