Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Neftçala rayonunun Boyat kəndində quşların kütləvi şəkildə tələf olması səbəbinin "quş qripi" ilə bağlı olması barədə yayılan məlumatı əsassız hesab edir. Bu barədə Trend ə dövlət xidmətindən bildiriblər.
Dövlət xidmətində qeyd ediblər: "Azərbaycanda nə ev quşları, nə də vəhşi quşlar arasında "quş qripi" aşkar edilməyib. Ölkədə vəziyyət sabitdir".
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend ə bildiriblər ki, ekologiya naziri Hüseyn Bağırovun Neftçalada "quş ripi" ilə bağlı vəziyyətə dair bəyanatı bəzi KİV-lər tərəfindən kobud şəkildə təhrif edilib.