...

Hərbi ekspert: "Rusiyanın Gümrüdəki hərbi bazaya əlavə silah və texnika toplaması Azərbaycan üçün təhlükə yaradır"

Siyasət Materials 15 Fevral 2007 18:13 (UTC +04:00)

Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102 saylı hərbi hissəyə əlavə silah və texnika toplaması Azərbaycan üçün təhlükə yaradır. Trend ə açıqlamasında ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov belə deyib.

Onun sözlərinə görə, 102 saylı hərbi hissə Rusiyaya məxsusdur və Moskva oradakı silah və texnikanı yeniləri ilə əvəz etməyi planlaşdırır.

Xatırladaq ki, Rusiya ordusunun yüksək vəzifəli nümayəndəsi, ordu generalı Vladimir Mixaylov hazırda Ermənistanda səfərdədir. V.Mixaylov iki ölkə arasında hərbi əməkdaşlıqla balğı məsələləri, o cümlədən Gümrüdəki 102 saylı hərbi hissənin yenidən qurulmasını müzakirə edib.

Ü.Cəfərov deyib ki, Rusiyaya məxsus olan 102 saylı hərbi hissənin komandiri milliyətcə erməni olan polkovnik Karapetyandır.

"Azərbaycan tərəfi bu məsələyə diqqət yetirməlidir və Gümrüdəki hərbi baza ilə bağlı baş verən proseslər nəzarətdə saxlanmalıdır. Əgər sabah Azərbaycanla Ermənistan arasında müharibə başlayarsa ermənilər Gümrdə yerləşən hərbi bazadakı silahlardan və canlı qüvvədən istifadə edəcəklər. Belə bir hadisə Xocalı faciəsi zamanı da baş verib. Rusiyaya məxsus 366 saylı alay azərbaycanlılara qarşı törədilən soyqırımda fəal iştirak edib. Ona görə də Rusiyanın Gümrüdəki hərbi hissəyə əlavə silah və texnika toplaması Azərbaycan üçün təhlükə törədir", -deyə hərbi ekspert əlavə edib.

O qeyd edib ki, bu Rusiyanın qeyri-qanuni olaraq Ermənistanı silahlandırması prosesinin tərkib hissəsidir.

Ü.Cəfərovun fikrincə, əgər rəsmi Bakı beynəlxalq təşkilatlarda bu məsələni qaldırarsa və onu gündəmdə saxlayarsa Ermənistanın silahlanmasının qarşısını almaq mümkün olar.

Xəbər lenti

Xəbər lenti