...

BMT İnkişaf Proqramının Avropa və MDB ölkələri üzrə regional bürosunun yeni direktoru Azərbaycana səfər edəcək

Siyasət Materials 16 Fevral 2007 12:31 (UTC +04:00)

BMT İnkişaf Proqramının Avropa və MDB ölkələri üzrə regional bürosunun yeni direktoru Kori Udoviçkinin Azərbaycana səfəri Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyevlə görüşü zamanı müzakirə edilib.

Bu barədə Trend ə A.Mehdiyev özü bildirib və əlavə edib ki, martın 1-3-nə planlaşdırılmış görüş çərçivəsində Azərbaycanın rəsmi şəxslərilə bir sıra görüşlər keçiriləcək.

Qeyd edək ki, fevralın 25-27-də Kori Udoviçki Ermənistanda olacaq.

Bu vəzifəyə təyin edilməmişdən öncə Kori Udoviçki Belqradda iqtisadi biliklərin Cənubi-şərqi Avropada yayılması ilə məşğul olan qeyri-hökumət təşkilatı olan İqtisadi Tədqiqatlar Mərkəzinin prezidenti vəzifəsini icra edib. K.Udoviçki Yelskiy universiteti iqtisadi elmlər doktoru və magistri dərəcəsinə malikdir. Yeni vəzifədə o, 2001-2006-cı illər ərzində Avropa və MDB üzrə büronun regional direktoru olmuş Kalman Mijeyi əvəz edəcək.

Xəbər lenti

Xəbər lenti